“Ermənistan hakimiyyəti unutmasın ki,“Dəmir yumruq” hələ də qüvvədədir!” - Deputat erməni təxribatından danışdı | 1news.az | Xəbərlər
Siyasət

“Ermənistan hakimiyyəti unutmasın ki,“Dəmir yumruq” hələ də qüvvədədir!” - Deputat erməni təxribatından danışdı

13:28 - 11 / 11 / 2021
“Ermənistan hakimiyyəti unutmasın ki,“Dəmir yumruq” hələ də qüvvədədir!” - Deputat erməni təxribatından danışdı

“Bu gün Ermənistan hərbi təxribatlara əl atmaqla üçtərəfli bəyanatın şərtlərini pozmuş olur. Bu da o deməkdir ki, BMT-nin qətnamələrinin icra olunmasına 30 il ərzində əməl etməyən bir dövlət bu gün üçtərəfli bəyanatın şərtlərinə də məsuliyyətsiz yanaşır”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirdi:

“Ermənistanın dildə sülh istəməsi, lakin əməldə bunun əksini göstərməsi, bu dövlətin hakimiyyətinin səriştəsiz siyasətinin bariz nümunəsidir. O bu addımı ilə Rusiyanın da birbaşa iştirakı ilə imzalanmış olan üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozur. Xüsusilə vurğulayım ki, sülhsevər ölkə olan Azərbaycan tərəfinin bu kimi təxribatlar davam edəcəyi təqdirdə cavabı ağır olacaq”.

Bu gün bütün dünyanın Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımlardan, hərbi təxribatlardan, terrorçu addımlardan xəbərdar olduğunu deyən deputat əlavə etdi ki, noyabrın 4-də keçirilən VIII Qlobal Bakı Forumu bir daha Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əhəmiyyətli platforma oldu:

“Azərbaycanın qlobal miqyasda yeni təşəbbüslərlə çıxış etdiyini, dünyaya sülh mesajları verdiyini biz Prezidentin çıxışında gördük. Cənab Prezidentin çıxışında qlobal miqyasda sülhə çağırışın edilməsi, işğaldan azad olunan ərazilərimizdə qısa zaman kəsiyində yenidənqurma işlərinin aparılması bir daha dünyaya ölkəmizin yalnız uzunmüddətli sülhə istiqamətlənmiş siyasət yürütdüyünü bəyan etdi. Baxmayaraq ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycana qarşı böyük soyqırımlar törədib, işğalda olan ərazilərimizdə vəhşilik aktları həyata keçirib. Amma Azərbaycanın konstruktiv mövqe sərgilməsini Prezident öz çıxışında bir daha çatdırmış oldu. Amma bu gün Ermənistan siyasi rəhbərliyinin, revanşist qüvvələrin, erməni havadarlarının sülhə yalnız dildə yanaşması göz önündədir. Ermənistan hakimiyyəti unutmasın ki,“dəmir yumruq” hələ də qüvvədədir!”.

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər