Vüqar Rəhimzadə: Arxada qalan bir il mədəniyyət paytaxtımızın həyatında çox mühüm tarixi məqamlarla əlamətdar olub | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Arxada qalan bir il mədəniyyət paytaxtımızın həyatında çox mühüm tarixi məqamlarla əlamətdar olub

17:51 - 11 / 11 / 2021
Vüqar Rəhimzadə: Arxada qalan bir il mədəniyyət paytaxtımızın həyatında çox mühüm tarixi məqamlarla əlamətdar olub

“Tarixi Zəfərimizin birinci ildönümünü böyük sevinc və coşqu ilə qeyd edirik. Qarabağımızın tacı, Azərbaycanın döyünən ürəyi, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edildiyi gün çoxəsrlik tariximizə Zəfər Günü kimi həkk edilərək, əbədi qızıl hərflərlə yazıldı.

1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib:

"Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşamızın işğaldan azad edildiyi tarixdə, Zəfər Günündə mədəniyyət paytaxtımıza səfərləri bayram sevincimizi daha da artırdı, hər birimizi qürurlandırdı. 7-8 noyabr tarixlərində reallaşdırılan bu səfər çərçivəsində bir sıra obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk olaraq Füzulidə Füzuli-Şuşa, Zəfər yolunun açılışında iştirak etdilər. Bu yolun tikintisi və qısa zamanda istifadəyə verilməsi özündə bir çox məqamları ehtiva edir. Ən əsası Şuşamızın işğaldan azad edilməsinə, Vətən oğullarının qəhrəmanlığına, göstərdikləri şücaətə, ən ağır döyüş əməliyyatına şahidlik edən bu yolun əbədiləşdirilməsi xalqımızda böyük rəğbət hissi yaradır.

Arxada qalan bir il mədəniyyət paytaxtımızın həyatında çox mühüm tarixi məqamlarla əlamətdar olub. İşğalın davam etdiyi 28 il ərzində hər ilin may ayında düşmən bizim üçün müqəddəs olan Şuşanın işğal gününü bayram edirdi. Bu ilin may ayında isə son 28 ildə ilk dəfə Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, qədim mədəniyyət mərkəzimizdə muğamlarımız səsləndi. Avqust ayında Şuşada daha bir tədbir - Vaqif Poeziya Günləri baş tutdu, Molla Pənah Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada hərbçilər qarşlısında çıxışı zamanı bu əminliyi ifadə etmişdir ki, artıq bu torpaqlarda yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bütün beynəlxalq təzyiqlərə, hədə-qorxulara rəğmən, xalqımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi, ordunun arxasında dayandı və şərəfli tarixi missiyanı yerinə yetirdi. Dünyaya səs salan Zəfərimiz Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin qətiyyətinin, xalqımızın iradəsinin, birliyinin, ordumuzun gücünün, real həqiqətlərə, tarix faktlara əsaslanan təbliğatımızın təqdimatı oldu. Gec-tez ədalətin zəfər çalacağını bilirdik. 44 gündə 30 ilin işğalına, ədalətsizliyinə son qoyulması bunun bariz nümunəsidir».

Vüqar Rəhimzadə qeyd edib ki, səfər çərçivəsində, həmçinin Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlləri qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış oldular. Şuşada Topxana meşəsinin bərpasına start verildi və ağacəkmə aksiyası keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Göründüyü kimi, atılan hər addım Müzəffər Ali Baş Komandanın Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza çatdırarkən söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” fikirlərinin artıq reallıqda öz əksini tapdığını təsdiqləyir. Şuşanın Baş planı təqdim edilib. Hər daşı, qayası tarix olan mədəniyyət paytaxtımızın, həmçinin digər işğaldan azad edilmiş torpaqlarımızın bərpası zamanı tarixi ənənələrin qorunması, yeni, təkmil formada yenidənqurma işlərinin aparılması prioritet məsələ kimi qarşıya qoyulub. Bu gün bu torpaqlarda görülən işlər Azərbaycan xalqının qurucu, yaradıcı xalq olduğunu dünyaya nümayiş etdirir. Ermənilərin 30 ildə bu ərazilərdə törətdikləri dağıntıları bərpa etmək üçün zamana ehtiyac var. Bütün hallarda dövlət başçısı İlham Əliyev soydaşlarımızın Böyük Qayıdışının tezliklə reallığa çevrilməsi üçün zəruri olan bütün işləri görür.»

YAP Xətai rayon təşkilatının sədri Zəfər bayramının Şuşamızda qeyd edilməsinin özündə ehtiva etdiyi məqamlara diqqəti yönəldərək bildirib ki, artıq torpaqlarımız tarixi sahibindədir: «Bundan sonra bu torpaqlarda əbədi olacağıq. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçilən zaman Azərbaycan xalqına müraciət edərək bildirmişdi ki, nəyin bahasına olursa-olsun, tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. Əsas amal ərazi bütövlüyümüzün bərpası idi. Bu illər ərzində Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, təcrübə göz önündədir. Ölkəmizin istənilən mövzunun müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində qazandığımız uğurlar əsas rol oynayır. Buna əmin olamaq üçün hətta İkinci Qarabağ müharibəsi dövründə də Azərbaycanın dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsinə, səylərin birləşdirilməsinə xidmət edən təşəbbüslərinə və onların reallığa çevrilməsinə diqqət yetirmək kifayətdir. Bu günlərdə VIII Qlobal Bakı Forumunda da dövlət başçısı İlham Əliyev diqqəti bu kimi məqamlara yönəldərək hər bir məsələnin mahiyyətində dayanan ədalət prinsipini xüsusi olaraq vurğuladı. Hər bir çıxışında artıq tarixə qovuşan keçmiş Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Prezident İlham Əliyev bu Forumda tamamilə başqa mənzərəni təqdim etdi. Dövlət başçısının qeyd etdiyi kimi, Birinci Bakı Qlobal Forumundan başlayaraq hər yeddi Forumda haqqında danışdığım mövzu Ermənistan-Azərbaycan münaqişəsi idi. Bu gün isə münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Ölkəmiz özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı.»

"Artıq dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda Azərbaycanın ədalətsizliklə üzləşdiyi o illər tarixə qovuşdu» söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Zəfərimiz yeni reallıqlar yaradıb. Bu reallıqları diktə edən tərəf Azərbaycandır: “Hər kəs yeni reallıqları qəbul etməyə məcburdur. Bu faktın özü ölkəmizin regionda və dünyada söz sahibi olmasının göstəricisidir. Siyasətində ədalətə, beynəlxalq hüquqa önəm verən dövlət dünya birliyində layiqli yerini tutacaq, sözünün əhəmiyyətini əməli fəaliyyəti ilə təsdiqləyəcək. Azərbaycan bu gün bu modeli nümayiş etdirir”.

1news.az

Paylaş:
284

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər