Rusiya və İran prezidentləri Qarabağı müzakirə etdi | 1news.az | Xəbərlər
Siyasət

Rusiya və İran prezidentləri Qarabağı müzakirə etdi

16:41 - 16 / 11 / 2021
Rusiya və İran prezidentləri Qarabağı müzakirə etdi

Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti İbrahim Rəisi Qarabağ məsələsini müzakirə edib.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, V.Putin iranlı həmkarını Rusiyanın Qarabağda atəşkəs rejiminin təmin olunması üzrə atdığı addımlar barədə məlumatlandırıb.

"Prezidentlərin telefon danışığı zamanı Qarabağla bağlı vəziyyət də müzakirə olunub. Vladimir Putin Rusiya tərəfinin atəşkəs rejiminin təmin olunması, təsərrüfat və nəqliyyat əlaqələrinin açılması, bölgədə dinc həyatın təşkil olunması ilə bağlı gördüyü tədbirlər barədə həmkarını məlumatlandırıb" - deyə, məlumatda bildirilir.

1news.az

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər