Dayanıqlı sülhün əldə edilməsi üçün sülh anlaşmasının imzalanması vacibdir - Deputat | 1news.az | Xəbərlər
Siyasət

Dayanıqlı sülhün əldə edilməsi üçün sülh anlaşmasının imzalanması vacibdir - Deputat

12:17 - 17 / 11 / 2021
Dayanıqlı sülhün əldə edilməsi üçün sülh anlaşmasının imzalanması vacibdir - Deputat

"Azərbaycan və Ermənistan sərhədində baş verənlər göstərir ki, dayanıqlı sülhün əldə edilməsi üçün kommunikasiyaların paralel bərpası və ölkələr arasında sülh anlaşmasının imzalanması vacibdir".

Bunu 1news.az- a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi:

"İkinci Qarabağ savaşında məğlub olmuş Ermənistanda baş qaldıran revanşist meyillər əslində rəsmi Yerevanın özü üçün ziyanlıdır. Çünki Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və bunu bu gün bir daha təsdiq etdi. Azərbaycanda növbəti il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 489 milyon manat (2 milyard 640 milyon dollar) proqnozlaşdırılır. Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri Ermənistanın illik büdcəsinin gəlirlərindən çoxdur. Bu isə o deməkdir ki, növbəti illərdə də iki ölkə arasında iqtisadi fərq və hərbi güc səviyyəsi daha da dərinləşəcək”

Millət vəkili onu da əlavə etdi ki, son savaşdan sonra regionda yeni düzən formalaşıb. Bu gün baş verənlər göstərir ki, yeni reallıqlardan narahat olanlar var. Amma bu cəhdlər yeni düzəni pozmaq gücündə deyil və olmayacaq da!.

Paylaş:
218

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər