Milli Məclisin növbəti iclaslarının vaxtı məlum olub | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin növbəti iclaslarının vaxtı məlum olub

12:01 - 18 / 11 / 2021
Milli Məclisin növbəti iclaslarının vaxtı məlum olub

Gələn həftə Milli Məclisin payız sessiyasının növbəti iki iclası keçiriləcək.

1news.az bildirir ki, parlamentin növbəti iclasları noyabrın 23-ü və 24-də keçiriləcək.

İclaslarda 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin, Vergi Məcəlləsinə dəyişikliklərin və digər məsələlərin müzakirəsi davam etdiriləcək.

Qeyd edək ki, Milli Məclisin 16, 17 noyabr tarixlərində iclasları keçirilib və gündəliyə 24 məsələ daxil edilib. Həmin iclaslarda nəzərdə tutulan bütün məsələlərə baxılıb və bir çox məsələlər, o cümlədən "2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib.

1news.az

Paylaş:
303

Son xəbərlər

Bütün xəbərlər