Putin: “Rusiya Azərbaycanın aparıcı ticari-iqtisadi tərəfdaşlarından biridir” | 1news.az | Xəbərlər
Siyasət

Putin: “Rusiya Azərbaycanın aparıcı ticari-iqtisadi tərəfdaşlarından biridir”

16:07 - 26 / 11 / 2021
Putin: “Rusiya Azərbaycanın aparıcı ticari-iqtisadi tərəfdaşlarından biridir”

Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir.

1news.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib:

"Pandemiyaya və iqtisadi məhdudiyyətlərə baxmayaraq cari ilin doqquz ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, çox yaxşı göstəricidir.

Azərbaycanda 900 Rusiya şirkəti fəaliyyət göstərir. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar investisiya yatırılıb. Rusiya Azərbaycanın aparıcı ticari-iqtisadi tərəfdaşlarından biridir".

1news.az

Paylaş:
311

Son xəbərlər

Bütün xəbərlər