Müharibədən sonrakı faciələrin 53 faizi azad edilən ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Müharibədən sonrakı faciələrin 53 faizi azad edilən ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib

Qafar Ağayev17:10 - 03 / 12 / 2021
Müharibədən sonrakı faciələrin 53 faizi azad edilən ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib

Müharibədən sonra işğaldan azad edilən ərazilərdə baş verən faicələrin 53 faizi həmin ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib.

1news.az məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır. Ancaq bir qədər səbr və təmkin nümayiş etdirməliyik. Vətəndaşlarımızı təhlükədən qorumaq məqsədilə işğaldan azad edilən ərazilərə gedən yollarda müvəqqəti postlar var. Bu postlar, ona görə saxlanılır ki, işğaldan azad edilən ərazilərə icazəsiz səfərlərin qarşısı alınsın. Çünki hələ da təhlükə var. Sirr deyil ki, müharibədən sonra baş verən faicələrin 53 faizi həmin ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib"-deyə E. Hacıyev bildirib.

Şöbə rəisi qeyd edib ki, sürətlə minatəmizləmə əməliyyatları aparılır, təmizlənən ərazilərə vətəndaşların təhülkəsiz qayıdışı üçün bərpa və quruculuq işləri həyata keçirilir: "Artıq məlumdur ki, 2022-ci ildə Zəngilan rayonunun “Ağalı” kəndinə ilk sakinlər köçürüləcək. Həmin sakinlərin düzgün xəbərdar edilməsi və maarifləndirilməsi, təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırılması zəruridir.
Bu istiqamətdə işlər davam etdirilir. Hər birimiz daha çox çalışmalı, daha çox işləməli, daha çox məlumatları bölüşməli və paylaşmalıyıq".

Paylaş:
601

Son xəbərlər

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13
Bütün xəbərlər