Ehtiyac meyarının həddi 200 manat müəyyən olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ehtiyac meyarının həddi 200 manat müəyyən olunub

11:54 - 03 / 12 / 2021
Ehtiyac meyarının həddi 200 manat müəyyən olunub

2022-ci ildə ehtiyac meyarının həddi 200 məbləğində müəyyən edilib.

1news.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilib.

Ötən il ehtiyac meyarının həddi 170 manat olub.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

1news.az

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər