Azərbaycan Türkiyədən hərbi təyyarələr və PUA gəmisi ala bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Türkiyədən hərbi təyyarələr və PUA gəmisi ala bilər

09:01 - 06 / 12 / 2021
Azərbaycan Türkiyədən hərbi təyyarələr və PUA gəmisi ala bilər

"Azərbaycan Türkiyənin "Hürkuş" (TUSAŞ şirkətinin istehsalı-red) təlim təyyarəsi ilə maraqlanır".

1news.az "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin rəhbəri İsmayıl Demir deyib.

İ.Demirin dediyinə görə, "TCG Anadolu" amfibiya-hücum gəmisinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Bu gəmi dünyada ilk döyüş PUA-ları daşıyacaq gəmi olacaq.

"Layihə ilə Azərbaycan da maraqlanır. Bu istiqamətdə tezliklə proseslərin inkişafını görəcəyik", - İsmayıl Demir söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan "Hürkuş" təlim təyyarəsi ilə xüsusilə maraqlanır.

Srağagün Azərbaycanda Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə 2 "Hürkuş" hərbi təyyarəsinin nümayiş uçuşları icra olunub.

1news.az

Paylaş:
279

Son xəbərlər

Bütün xəbərlər