Bakıda dönərdən zəhərlənənlər evə buraxılıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dönərdən zəhərlənənlər evə buraxılıb – YENİLƏNİB

S.Xankişiyeva17:33 - 13 / 12 / 2021
Bakıda dönərdən zəhərlənənlər evə buraxılıb – YENİLƏNİB

Ötən gün Bakıda dönərdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən 8 nəfərin hər biri evə buraxılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, mərkəzə gətirilərkən onların vəziyyətləri orta-ağır olsa da, qısa müddət ərzində həkimlərin sayəsində sağalıblar.

11:03

Bakıda dönərdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən 8 nəfərin adları məlum oldu.

1news.az-a Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, zəhərlənən Bayramov Cavid, Xəlilov Murad, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Mirzəyev Rafiq, Ömərov Qüdrət və Soltanov Maqsuddur.

Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar.

Digərlərinin hazırda müalicəsinə davam etdirilir.

10:27

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

1news.az-a Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.

Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib:

“Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb”.

10:07

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

O qeyd edib ki, zəhərlənənlərin hamısı Mərkəzə gətirilib

Mövzu ilə əlaqədar oxuyun:

8 nəfərin zəhərləndiyi dönərxana bağlandı - FOTO

Daxili İşlər Nazirliyi dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı

AQTA Bakıda kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb

Paylaş:
1224

Son xəbərlər

Bütün xəbərlər