Spiker Səfər Mehdiyevin dediklərindən danışdı: “Müsahibədə deputatlar deyil, bəzi məmurları nəzərdə tutub” | 1news.az | Xəbərlər
Cəmiyyət

Spiker Səfər Mehdiyevin dediklərindən danışdı: “Müsahibədə deputatlar deyil, bəzi məmurları nəzərdə tutub”

12:05 - 14 / 12 / 2021
Spiker Səfər Mehdiyevin dediklərindən danışdı: “Müsahibədə deputatlar deyil, bəzi məmurları nəzərdə tutub”

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin mediaya müsahibəsində bəzi deputatları fırıldaqçı adlandırması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib ki, S.Mehdiyev ona zəng edərək məsələyə aydınlıq gətirib.

“Səfər Mehdiyev mənə bildirdi ki, müsahibədə əslində deputatlar deyil, bəzi məmurları nəzərdə tutub”, - deyə S.Qafarova bildirib.

Paylaş:
225

Son xəbərlər

Bütün xəbərlər