Azərbaycanla razılaşmalar regionun simasını dəyişə bilər - Nikol Paşinyan | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla razılaşmalar regionun simasını dəyişə bilər - Nikol Paşinyan

12:43 - 16 / 12 / 2021
Azərbaycanla razılaşmalar regionun simasını dəyişə bilər - Nikol Paşinyan

Azərbaycan Prezidenti İlham Əliyev ilə dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmalar onların icrası zamanı regiondakı siyasi, iqtisadi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək.

1news.az-ın məlumatına görə. bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

Bundan əvvəl Paşinyan qeyd edib ki, Prezident İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Yeraşx - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

1news.az

Paylaş:
466

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər