Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək

13:31 - 21 / 12 / 2021
Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək

“Azərbaycan və Qırğızıstan arasında Strateji tərəfdaşlıq haqqında saziş üzərində iş gedir”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev 2021-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Səfir deyib ki, noyabrın 12-də Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində iki ölkə prezidentlərinin görüşü keçirilib: “Gələn ilin aprel-may aylarında Qırğızıstanın Prezidentinin Azərbaycana səfəri gözlənilir. Bu səfər zamanı Strateji tərəfdaşlıq haqqında saziş də imzalanacaq”.

1news.az

Paylaş:
328

Son xəbərlər

Bütün xəbərlər