Hikmət Hacıyev: “Ermənistan yeni geosiyasi reallıqları qiymətləndirməli, bundan nəticə çıxarmalıdır”
“Azərbaycan Prezidenti yerli televiziya kanallarına son müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı sualları cavablandırıb”.
1news.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Prezident tərəfindən münasibətlərin normallaşmasını təşkil edəcək məsələlər sırasında potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların başlanması və digər məsələlərə toxunulub.
O qeyd edib ki, Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları qiymətləndirməli və bundan nəticə çıxarmalıdır.
300