“Buta Airways” Mineralnıye Vodı şəhərinə uçuşları bərpa edir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Buta Airways” Mineralnıye Vodı şəhərinə uçuşları bərpa edir

15:01 - 28 / 01 / 2022
“Buta Airways” Mineralnıye Vodı şəhərinə uçuşları bərpa edir

“Buta Airways” aviaşirkəti Bakıdan Mineralnıye Vodı şəhərinə birbaşa reysləri bərpa edir. Aviadaşıyıcı fevralın 6-dan uçuşları həyata keçirəcək.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, bundan əvvəl, 2021-ci ilin may ayının sonundan 2022-ci ilin yanvar ayına qədər Mineralnıye Vodı şəhərinə uçuşlar “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən həyata keçirilirdi.

Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/russia.

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/clinics.

Rusiya şəhərlərindən Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

1news.az

Paylaş:
297

Son xəbərlər

Orxan Məmmədov: Qarabağ KOB-ları proqramına start verilibBu gün, 17:54Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıbBu gün, 17:49İbrahim Kalın: “Türkiyə Prezidenti ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana edir”Bu gün, 17:33İlham Əliyev və Mehriban Əliyeva Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimində iştirak edirlərBu gün, 17:10“Azərxalça”da 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi - FOTOBu gün, 16:58Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandıBu gün, 16:51Hərbi İnstitutda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının təqdimatı keçirilibBu gün, 16:31Azərbaycan Premyer Liqasında son 19 ilin rekordu təkrarlanıbBu gün, 15:52Bu gün Ərdoğanla Bayden arasında telefon danışığı olacaqBu gün, 15:37Azərbaycanda ilk dəfə Beynəlxalq Riyaziyyat Olimpiadaçıları Konfransı keçirilibBu gün, 15:15Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötübBu gün, 14:54Şirvanda terminaldan oğurluq edən şəxs saxlanılıbBu gün, 14:38Havanı çirkləndirən asfalt-beton zavodunun rəhbəri cəzalandırılıbBu gün, 14:16Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb - FOTO - VİDEOBu gün, 13:58Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıbBu gün, 13:54İlham Əliyev Qazaxıstan səfirinin etimadnaməsini qəbul etdiBu gün, 13:38İlham Əliyev Nikolsonu qəbul edibBu gün, 13:35Ermənistanda qızılcaya yoluxanların sayı artıbBu gün, 13:18Lənkəranda dəniz kənarında mina tapılıbBu gün, 13:07Zelenski Ərdoğanı təbrik etdiBu gün, 12:48
Bütün xəbərlər

Next TV