Enerji məsələləri üzrə avrokomissar Azərbaycana gəlir
Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ-yə əlavə qaz tədarükünün müzakirə olunması üçün fevralın 4-də Azərbaycana və fevralın 7-də ABŞ-a səfər edəcək.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının nümayəndəsi Tim Makfi deyib.
"Qaz tədarükü ilə bağlı danışıqlar davam etdirilir. Fevralın 4-də avrokomissar "Cənub Qaz Dəhlizi"nin nazirləri görüşündə iştirak etmək üçün Azərbaycana yola düşəcək. Fevralın 7-də isə o və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ABŞ-da Aİ-ABŞ Şurasının enerji iclasında iştirak edəcək", - deyə o bildirib.
1news.az
482