Macarıstanın xarici işlər naziri Azərbaycana gəlir
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfər edəcək.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Macarıstan nümayəndə heyətinin ölkəyə səfəri çərçivəsində sabah Azərbaycan və Macarıstan Hökumətlərarası Komissiyanın iclası olacaq, ikitərəfli sənədlər imzalanacaq.
İclasdan sonra Komissiyanın həmsədrləri – əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun brifinqi, Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək.
1news.az
752