Macarıstan azad olunmuş ərazilərin bərpasında iştiraka hazırdır
Macarıstan Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərini yüksək qiymətləndirir.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclasında bildirib.
Nazir Macarıstan şirkətlərinin bərpa-quruculuq işlərinə qatılmağa hazır olduğunu qeyd edib: “Bizim şirkətlər bu ərazilərdəki imkanları araşdırır. Şirkətlər texniki və maliyyə cəhətdən bərpa işlərində iştiraka hazırdır. Biz də hökumət olaraq bu şirkətlərə siyasi dəstək verməyə hazırıq. Enerji, nəqliyyat, kənd təsərrüfatı sahəsində bu ərazilərdə əməkdaşlıq üçün imkanlar var”.
1news.az
293