Azərbaycan neftinin qiyməti 95 dolları ötüb
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,36 dollar artaraq 91,47 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,58 dollar bahalaşaraq 90,85 dollar olub.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,42 dollar artaraq 95,07 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 2-də 94 dollardan baha (96,65) satılıb.
1news.az
323