Deputat: Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri dünya enerji təhlükəsizliyində xüsusi rol oynayır | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri dünya enerji təhlükəsizliyində xüsusi rol oynayır

21:44 - 05 / 02 / 2022
Deputat: Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri dünya enerji təhlükəsizliyində xüsusi rol oynayır

"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Bu reallıq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında da bir daha səsləndirilib. Toplantıda Avropa İttifaqının komissarlarının, o cümlədən, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünya enerji təhlükəsizliyində xüsusi rol oynayır ". Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan öz karbohidrogen məhsullarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev dəfələrlə ölkəmizin neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini xüsusi vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa Birliyinin bir neçə ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi qaz” almaq niyyətini irəli sürür. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının iştirakçılarına nəzər yetirdikdə yaxın gələcəkdə bu coğrafiyanın daha da genişləncəyi əminliyi formalaşır. Burada əsas məqam ondan ibarətdir ki, Şərqi Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” idxal etmək imkanları genişdir. Prezidentimizin təşəbbüsü ilə yaradılan Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıqlar və yeni enerji layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub.

Cənab Prezident öz çıxışında da bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Avropa bazarlarına ixracı artıra bilib. Artıq Türkiyəyə, İtaliya, Gürcüstana, Yunanıstana və Bolqarıstana qaz ixrac olunub. Bu siyahıya yaxın zamanda Albaniya da qoşulacaq. Builki tədbirin iştirakçılarının sayı ötən illərlə müqayisədə daha çox oldu. İştirakçılar arasında Avropa ölkələri ilə yanaşı, bir sıra şirkətlərin də nümayəndələri təmsil olunurdular. Yeni iştirakçıların tədbirə qatılması isə yeni bazarlarda Azərbaycan qazına ehtiyac olduğunu göstərir.

Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Cənab Prezidentin də vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır.

Sevinc Fətəliyeva qeyd edib ki, toplantıda Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Avropa Birliyi ölkələrinin qaz təchizatı ilə bağlı Cənubi Qaz Dəhlizi layihəsindən istifadəsini dəstəklədi. Bu fakt da yaxın gələcəkdə Azərbaycanın enerji bazarındakı tərəfdaşlarının sayının artacağını deməyə əsas verir. Bu kimi amillər Azərbaycanın iqtisadi baxımdan qazancını artırmaqla yanaşı siyasi dividendlər də gətirir. Belə ki, ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi öz mövqelərini daha da gücləndirir. Bu isə bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artmasını şərtləndirən faktorlardan biridir

Paylaş:
571

Son xəbərlər

MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10
Bütün xəbərlər