Azərbaycanda son sutkada koronavirusa neçə nəfər yoluxub? - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada koronavirusa neçə nəfər yoluxub? - STATİSTİKA

17:06 - 07 / 02 / 2022
Azərbaycanda son sutkada koronavirusa neçə nəfər yoluxub? - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 680 yeni yoluxma faktı qeydə alınıb, 2 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 27 vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 703 334 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 648 512 nəfər müalicə olunaraq sağalıb, 8 898 nəfər vəfat edib, aktiv xəstə sayı 45 924 nəfərdir.

Ölkədə son sutka ərzində 11 442, hazırkı dövrədək isə 6 278 899 test aparılıb.

1news.az

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər