Rövşən Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Rövşən Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib

S.Xankişiyeva15:35 - 10 / 02 / 2022
Rövşən Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib

Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər