Dünya birjalarında neftin bu günə olan qiyməti
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,27 dollar azalaraq 91,28 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,17 dollar ucuzlaşaraq 89,49 dollar olub.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,36 dollar artaraq 97,46 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 5-də (99,30) qeydə alınmışdı.
1news.az
414