Sabahın hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

12:38 - 15 / 02 / 2022
Sabahın hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayının 16-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-10° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

1news.az

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər