100 nəfərdən çox həmvətənimiz Xarkovdan təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

100 nəfərdən çox həmvətənimiz Xarkovdan təxliyə edilib

S.Xankişiyeva14:18 - 05 / 03 / 2022
100 nəfərdən çox həmvətənimiz Xarkovdan təxliyə edilib

Bugün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyə edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan məlumat verilib.

Bildirilib ki, ötən gün Xarkov şəhərinin 5 kilometrliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən Azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Onların sağ qalan 2 övladı hal-hazırda qohumlarının himayəsi altındadır.

“Çerkaskie Tişki kəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu uşaqların vəziyyəti ilə maraqlanır. Həmvətənlərimizin təhlükəsiz təxliyəsi üçün işlər davam etdirilir”, - deyə məlumatda qeyd olunur.

Mövzu ilə əlaqədar oxuyun:

Xarkovda 7 azərbaycanlı həlak olub

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Çavuşoğlu: Ukraynadan azərbaycanlıların da daxil olduğu 2604 qardaşımız yola düşüb - FOTO

Kiyevdə olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ: Qatar yola düşəcək

XİN Ukraynanı tərk edən azərbaycanlıların sayını açıqlayıb – STATİSTİKA

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Paylaş:
1449

Son xəbərlər

Bütün xəbərlər