Azərbaycanlı deputat AŞPA-nın alt komitəsinin sədr müavini seçilib
Martın 17-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçirilib.
Komitə iclasında Avropada Uşaq yoxsulluğunun aradan qaldırılması, Əlil şəxslərin institusionallaşdırılması, beynəlxalq öhdəliklər və digər mövzular müzakirə olunub.
Tədbirdə təşkilati məsələlərə baxılıb. Nümayəndə heyətimizin qurumda üzvü Sevinc Fətəliyeva Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Uşaqlar üzrə Alt komitəsinin sədr müavini seçilib.
595