Ceyhun Bayramovla Bağdad Amreyev arasında telefon danışığı olub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev arasında telefon danışığı olub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, 21 mart 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə telefon danışığı baş tutub.
Tərəflər, Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın VIII Zirvə Görüşünün qərarlarının icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Türk Dövlətləri Təşkilatının beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri, xüsusilə də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.
Tərəflər, həmçinin təşkilatın gələcək tədbirləri ətrafında müzakirələr aparıblar.
1news.az