Çavuşoğlu: Ukraynadakı müharibə ikili standartları üzə çıxardı | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: Ukraynadakı müharibə ikili standartları üzə çıxardı

16:04 - 22 / 03 / 2022
Çavuşoğlu: Ukraynadakı müharibə ikili standartları üzə çıxardı

“Ukraynada tökülən qanla Hələbdə tökülən qan bizim üçün eyni məna daşıyır”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlığı Təşkilatının XİN başçılarının İslamabadda keçirilən 48-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə ikili standartları üzə çıxarıb: “Bura Yaxın Şərq deyil, burada niyə qan axır deyənlər də oldu. Ukraynada tökülən qanla Hələbdə tökülən qan bizim üçün eyni məna daşıyır”.

Nazir dünyada islamafobiya və türkofobiyanın geniş yayıldığını da qeyd edib.

“Çində uyğur türkləri dini və milli kimliklərini qorumaqda çətinlik çəkir, müsəlmanların ən çox yaşadığı ölkələrdən biri olan Hindistanda isə baş örtüsü qadağası var”,- deyə o vurğulayıb.

1news.az

Paylaş:
344

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər