Rusiyanın Azərbaycan mediasına münasibətdə bloklama siyasəti söz azadlığına və plüralizmə ziddir - Vüqar Rəhimzadə | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın Azərbaycan mediasına münasibətdə bloklama siyasəti söz azadlığına və plüralizmə ziddir - Vüqar Rəhimzadə

17:43 - 28 / 03 / 2022
Rusiyanın Azərbaycan mediasına münasibətdə bloklama siyasəti söz azadlığına və plüralizmə ziddir - Vüqar Rəhimzadə

“Məlum olduğu kimi, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən Oxu.Az saytı Rusiya ərazisində bloklanıb. Bundan əvvəl "Haqqin.az" və "Minval.az" saytları ilə bağlı da analoji qərar qəbul edilib. Birmənalı demək olar ki, qəbul edilən bu qərarlar söz azadlığı və plüralizm prinsiplərinə ziddir. Bu baxımdan Rusiyanın dövlət qurumu tərəfindən Azərbaycanın xəbər saytlarına qarşı münasibətdə ifadə azadlığına zidd olaraq qəbul edilən bloklama qərarı təəssüf doğurur”.

1news.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan mediası həm ölkə daxilində, həm də respublikamızın hüdudularından kənarda baş verən ictimai-siyasi və digər hadisələrlə bağlı heç bir tərəf tutmadan, obyektiv, balanslı xəbər təqdim etməklə cəmiyyətin informasiya tələbatını ödəmək üçün peşəkarlıqla fəaliyyət göstərir: “Hesab edirəm ki, belə olan halda Rusiyanın obyektiv xəbər təqdim edən bəzi Azərbaycan saytlarına qarşı tətbiq etdiyi bloklama qərarı bəşəri dəyərlərə hörmətsizlik, söz və ifadə azadlığının kobud şəkildə pozulmasıdır. Bu fakt bir daha göstərir ki, Rusiyanın müvafiq orqanları ölkə ərazisində obyektiv xəbərin yayılmasını istəmirlər. Şimal qonşumuzun müvafiq dövlət qurumlarının belə köhnəlmiş metodla ifadə azadlığına zidd qərarları Rusiya cəmiyyətinin də obyektiv, alternativ mənbədən xəbər almaq imkanlarını məhdudlaşdırır. Təbii ki, Rusiyanın belə addımları ölkənin informasiya məkanının qorunması kimi qəbul edilə bilməz. Çünki Azərbaycan mediasının yaydığı xəbərlər tam obyektivlik, qərəzsizlik və tərəfsizlik prinsiplərinə əsaslanır. Ölkəmiz Ukraynada gedən müharibə ilə bağlı informasiya mübarizəsində də tərəf olmadığı üçün media mənsublarımız rəsmi dövlət orqanlarına istinadən obyektiv xəbərləri yayırlar. Bütün bunlardan belə nəticə çıxır ki, Rusiya tərəfi obyektiv, doğru məlumatların yayılmasında, həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında maraqlı deyil”.

Baş redaktor bildirib ki, Rusiya tərəfinin Azərbaycanın media orqanlarının fəaliyyətinə belə yanaşması iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı münasibətlərinə dair Bəyannamənin tələblərinə ziddir: “Halbuki 44 günlük Vətən müharibəsi zamanı Rusiya da daxil olmaqla bir sıra ölkələrin bəzi media orqanları Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarla bağlı qərəzli, obyektivlikdən kənar məlumat yaymaqla məşğul idilər. Bəzi Rusiya telekanalları və saytları Vətən müharibəsi zamanı ölkəmizə qarşı birbaşa əks-təbliğat aparır, birtərəfli, erməni tərərfinin mövqeyini əks etdirən qərəzli məlumatlar yayırdılar. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti müharibə getdiyi bir vaxtda belə antidemokratik addım atmadı. Çünki Azərbaycan öz ərazisində işğalçılara qarşı ədalətli döyüş əməliyyatları həyata keçirirdi. Dövlətimiz Vətən müharibəsi zamanı müharibə qanunlarına tam əməl etdiyi kimi, media azadlığı prinsipinə də sadiqlik nümayiş etdirərək, heç bir xarici saytın və ya televiziya kanalının ölkə ərazisində yayımını bloklamadı”.

Vüqar Rəhimzadə ümid etdiyini bildirib ki, Rusiya tərəfi söz, ifadə azadlığının kobud şəkildə pozulması faktını aradan qaldıraraq, Azərbaycan saytlarına tətbiq etdiyi qadağanı ləğv edəcək.

1news.az

Paylaş:
255

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər