Azərbaycan-Avropa Şurası əməkdaşlığına dair yeni fəaliyyət planının təqdimatı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Avropa Şurası əməkdaşlığına dair yeni fəaliyyət planının təqdimatı olub

11:29 - 05 / 04 / 2022
Azərbaycan-Avropa Şurası əməkdaşlığına dair yeni fəaliyyət planının təqdimatı olub

Ötən il Avropa Şurasına üzv olmasının 20 illiyini qeyd edən ölkəmiz bu dövr ərzində bir çox konvensiyalara qoşulub, 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik edib, demokratik inkişafı dəstəkləyən mühüm layihələr həyata keçirilib, həmçinin beynəlxalq aləmdə təqdir olunan mühüm nailiyyətlər əldə edilib.

Eyni zamanda Azərbaycan və Avropa Şurasının birgə təşəbbüsü ilə strateji prioritetləri müəyyən edən fəaliyyət planları qəbul edilərək uğurlu icrası nəticəsində milli qanunvericiliyimiz təkmilləşdirilib, Avropa Konvensiyalarının implementasiyası, gender bərabərliyi, medianın inkişafı, məhkəmə və ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi və digər sahələrdə tərəqqiyə nail olunub.

2022-2025-cı illər üzrə hazırlanaraq qəbul olunmuş yeni birgə Fəaliyyət Planı genişliyi ilə fərqlənərək 22 prioriteti əhatə edir.

Fəaliyyət Planında insan haqlarının təşviqi, vətəndaş cəmiyyətinin inkişafı, ədliyyə və məhkəmə islahatlarının dəstəklənməsi, gənclik və media potensialının gücləndirilməsi, korrupsiyaya qarşı tədbirlərlə yanaşı, insan alveri ilə mübarizə, ətraf mühitin qorunması, süni intellektin tətbiqi kimi müasir çağırışlara uyğun yeni sahələr təsbit olunub. Bu da mütərəqqi dəyərlərə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyimizin göstəricisidir.

Qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük önəm verən Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriç ölkəmizə səfərə gəlib. Səfər zamanı qonaq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunub, Milli Məclisdə, Xarici işlər və Ədliyyə nazirliklərində rəsmi görüşlər keçirib.

Aprelin 5-də Avropa Şurasının Azərbaycandakı Ofisinin təşkilatçılığı ilə qeyd olunan Fəaliyyət Planının təqdimat mərasimi keçirilib.

Mərasimdə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov, Fəaliyyət Planı üzrə tərəfdaş olan ali dövlət orqanlarının və yüksək məhkəmələrin, müxtəlif nazirliklərin, hüquq-mühafizə orqanlarının, ali təhsil müəssisələrini məsul rəhbər şəxsləri, Avropa Şurasının və ona üzv dövlətlərin Azərbaycandakı diplomatik korpusunun təmsilçiləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları iştirak ediblər.

Tədbirin açılışında Baş katib M.Buriç və ədliyyə naziri F.Məmmədov giriş nitqi ilə çıxış ediblər.

Sonra Fəaliyyət Planının ayrı-ayrı istiqamətləri üzrə prezentasiya edilib, geniş müzakirələr aparılıb. Çıxış edənlər Planın əhəmiyyəti, ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası, insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin təmin olunmasına dövlətimiz tərəfindən xüsusi diqqətin göstərilməsi qeyd edilib, sənədin bu sahədə Avropa Şurası və Azərbaycan arasında qarşılıqlı fəaliyyətin inkişafına əlavə təkan olacağına əminlik ifadə olunub.

1news.az

Paylaş:
269

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər