Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir - Vüqar Rəhimzadə | 1news.az | Xəbərlər
Siyasət

Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir - Vüqar Rəhimzadə

15:03 - 07 / 04 / 2022
Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir - Vüqar Rəhimzadə

“Bu günümüzün əsas müzakirə mövzusu dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə işgüzar səfəridir. Səfər çərçivəsində ölkə Prezidentinin qurumun rəsmisi ilə təkbətək görüşü, eyni zamanda, Prezident İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin üçtərəfli görüşü mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri 1news.az-a açıqlamasında Yeni Aərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatıın sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin Brüsselə işgüzar səfərini şərh edərkən deyib:

"Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafı istər ölkəmizin qurumla, istərsə də quruma üzv dövlətlərlə münasibətlərində özünün aydın ifadəsini tapır. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi bütün məqamları özündə ehtiva edir. Tarixi Zəfərimizdən sonra Avropa İttifaqının ölkəmizlə münasibətləri, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə hazır olduğunu bildirməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə üçtərəfli görüşün keçirilməsi və sair kimi mühüm addımlar postmünaqişə dövrünün əsas reallıqlarının təqdimatıdır. Ötən ilin dekabrında Brüsseldə sülh gündəliyinin əsası qoyulmuşdur. Aprelin 6-da keçirilən görüş Brüssel gündəliyinin əsas tərkib hissəsi kimi dəyərləndirilir”.

V.Rəhimzadə qeyd edib ki, üçtərəfli əsasda 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlasın: “İki ölkənin Xarici İşlər Nazirlərinə bununla bağlı təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Məlum olduğu kimi bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Ölkəmizin təklif etdiyi sülh müqaviləsində əsas şərtlərdən biri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsidir. Tarixi Zəfərimizdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistanın hələ də sülh təklifinin imzalanması ilə bağlı tərəddüdləri diqqətdən kənarda qalmır. Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən bərpa olunnmasında maraqlı olduğunu hər bir bəyanatında ifadə edir. Amma istər ötən ilin dekabrın 14-də, istərsə də aprelin 6-da keçirilən görüşlərin sonunda qəbul olunan bəyanatda Dağlıq Qarabağ ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna istinad olmayıb. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub və yeni səhifə açılıb. Minsk qrupunun vasitəçiliyinə gəldikdə isə 1992-ci ildə münaqişənin həllinə vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradıldığı gündən qurum vəzifəsinin nədən ibarət olduğunu dərk etmək istəmədi. Təbii ki, bunun səbəbləri var idi. Vasitəçi tərəf tuta bilməz. Neytral mövqedə dayanaraq məsələnin ədalətli həllinə öz dəstəyini göstərməlidir. Amma 30 ildə Azərbaycan tamamilə fərqli bir mənzərənin şahidi oldu.

ATƏT-i Minsk qrupunun həmsədrləri işğalçını adı ilə çağırmağın münaqişənin həllinə maneə ola biləcəyini bildirərək, açıq-aşkar Ermənistana dəstək missiyasını yerinə yetirdi. Qurumun fəaliyyətsizliyi, tərkibinin dəyişdirilməsi məsələsi daim gündəmin əsas müzakirə mövzularından olub. Azərbaycan 44 günlük Vətən müharibəsinin getdiyi dövrlərdə də ATƏT-in Minsk qrupunun ikili standartlara əsaslanan siyasətinin şahidi oldu. Artıq münaqişə həll olunub, Azərbaycan Ordusu dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü təmin edib, işğala son qoyub. Bu gün postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinin zamanıdır. Azərbaycan ATƏT-in Minsk qrupundan postmünaqişə dövrü ilə bağlı yeni təklif gözləsə də bunun da mümkünsüzlüyü göz önündədir. Belə olan təqdirdə onun uğursuz vasitəçilik missiyasını yenidən bərpa etməyə ehtiyac varmı? 44 gündə işğala son qoyaraq münaqişəni özü həll edən Azərbaycan üçün ATƏT-in Minsk Qrupu lazımsız təsisatdır. Artıq bu qurum tarixin arxivində yer alıb.

Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilən bəyanatda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunur: “Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Digər tərəfdən postmünaqişə dövrünün əsas məsələlərindən biri işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin təmin olunmasıdır ki, bu da həmin torpaqlarımızın minalardan təmizlənməsinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan tərəfi işğalçı Ermənistandan bu ərazilərin mina xəritələrinin verilməsini tələb etsə də, təqdim olunan iki xəritənin dəqiqliyi özünü doğrultmadı. Dövlət başçısı İlham Əliyev, həmçinin keçirilən görüşlərdə itkin düşmüş şəxslərin tapılması məsələsini də gündəmə gətirir. Bəyanatda Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Qurumun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, regionda etimad quruculuğunun həyata keçirilməsində maraqlı olması, üçtərəfli görüşlərin təşəbbüskarı kimi çıxış etməsi təqdir olunur. Əsas olan budur ki, Avropa İttifaqı qərəzsiz tərəfdir. Hər iki tərəfin-Azərbaycan və Ermənistanın quruma etimadı var. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir. Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.

Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir məsələnin həllində vasitəçi, yaxud təşəbbüskar kimi çıxış edən tərəf neytrallığı qorumalı, hər iki tərəfə münasibətdə ədalət meyarını əsas götürməlidir. Reallıq budur ki, Azərbaycan öz tarixi torpaqlarına qovuşub. 30 il Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistana dünya güclərinin təzyiqlər göstərməməsi, sanksiyalar tətbiq etməməsi onun daha böyük iddialarla yaşamasına səbəb olmuşdur. Yeni ərazilər uğrunda müharibə planını gerçəkləşdirmək məqsədilə Ermənistanın 2020-ci ilin sentyabrın 27-də həyata keçirdiyi təxribat da bunun təsdiqi idi. Nəticədə əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu öz torpaqlarında döyüşdü, işğala son qoyaraq düşməni bu ərazilərimizdən qovdu, üçrəngli bayrağımızın dalğalanmasına nail oldu. Bu gün işğalçı Ermənistanın qarşısında dayanan əsas tələb sülh müqaviləsini imzalamaqla, regionda təhlükəsizliyin təmin edilməsi, kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Dövlət başçısı İlham Əliyevin Brüssel səfərindən öncə ABŞ-ın Dövlət Katibi Antoni Blinkenin dövlət başçısına zəngi də bir çox məqamlara işıq salır. Telefon danışığı əsnasında Antoni Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirmişdir. Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini açıqlamışdır.”

V.Rəhimzadə diqqəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərin suallarına cavabına yönəldərək bildirib ki, qurum rəsmisinin “Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq” cavabı hazırkı və sonrakı proseslərin aydın mənzərəsini yaradır: “Ümumilikdə hər bir görüş Azərbaycanın diplomatik qələbəsinin təqdimatıdır. Artıq Ermənistan, həmçinin dünya gücləri sülh müqaviləsinin imzalanması ilə bağlı istəklərini ortaya qoyaraq bu istiqamətdə dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin müzakirəsinə başlayıb. Son Brüssel görüşü də təsdiqləyir ki, Avropa İttifaqı da 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır”.

1news.az

Paylaş:
276

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər