Polşa Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Polşa Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb - FOTO

17:02 - 15 / 04 / 2022
Polşa Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb - FOTO

Polşa Respublikasının Prezidenti Andjey Duda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Mərkəzin üzvləri - Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitarovic, Robert F.Kennedy İnsan Hüquqları Fondunun Prezidenti Kerry Kennedy, “ExxonMobil” şirkətinin vitse-prezidenti Jan Baderşnayder, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili, Çexiya Respublikasının sabiq Baş naziri Yan Fişer, Amerika Xarici Əlaqələr Komissiyasının Prezidenti Suzan Elliott, Mərkəzin baş katibi Rövşən Muradov və baş katibin müavini İlahə İbrahimli iştirak ediblər.

Görüşün əvvəlində Prezident Andjey Duda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə bu çətin dövrdə göstərdikləri dəstəyin və həmrəyliyin əhəmiyyətini vurğulayaraq öz təşəkkürünü bildirib. Hazırda regionda baş verən və bütün Avropanın gələcəyinə təsir edən Ukrayna müharibəsi və müharibənin ərzaq təhlükəsizliyinə, beynəlxalq nizama etdiyi təsir və təhlükə görüşün əsas müzakirəsinə çevrilib. Prezident bu müharibənin təkcə Avropanın deyil, bütün dünya ölkələrinin başlıca problemi olduğunu vurğulayıb.

Mərkəzin üzvləri Polşa xalqının yaranmış qaçqın böhranının həllində oynadığı önəmli rolu vurğulayaraq Prezidentə minnətdarlıqlarını bildirib və bu istiqamətdə lazımi dəstəyi göstərəcəklərini bildiriblər.

Sonra müəllifi Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqa olan “Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyatda digər esselər”, Mərkəzin təşəbbüsü ilə nəşr olunmuş “Qələmin sehri, Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar” adlı kitab Polşa Prezidentinə təqdim olunub.

Daha sonra qonaqlar Polşa Prezidentini qarşıdan gələn 9-cu Qlobal Bakı Forumunda iştirak üçün Bakıya dəvət ediblər.

Görüşün sonunda Prezident Duda qonaqlarla xatirə şəkli çəkdirib.

Paylaş:
318

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər