Qırğızıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Qırğızıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib – FOTO

S.Xankişiyeva17:50 - 19 / 04 / 2022
Qırğızıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib – FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu və xanımı Ayqul Japarovanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
449

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər