Zaxarova: “Rusiya Ukrayna nümayəndələrinə inamını itirib”
Rusiya artıq ukraynalı nümayəndələrə inamını itirib, ona görə də vəziyyət “yerdə” inkişaf edir.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-24” telekanalına müsahibəsində deyib.
“Burada “güvən və yoxla” kimi bir şey deyil – sadəcə “yoxlamaq”dır, çünki uzun müddətdir bu insanlara etimad yoxdur”, - Zaxarova Rusiya və Ukrayna arasında danışıqlar prosesini şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın danışıqların gedişatında qeyri-ardıcıl davranmasına hazır idi.
"Özünü Ukraynanın prezidenti adlandıran və müvafiq səlahiyyətlərə malik olan bir adamın ofisindən danışıqların aparılması tələbi irəli sürüldü, Rusiya bu xahişi rədd etmədi. Sonra həmişə olduğu kimi, hərfi mənada sirk başladı obrazlı desək, Kiyev rejimindən: əvvəlcə gəlirlər, sonra gəlmirlər, gah iştirak edirlər, gah da iştirak etmirlər. Moskvada buna hazır idilərmi ? Bəli, əlbəttə ki...”- deyə Zaxarova vurğulayıb.
1news.az