Kəlbəcərdə hərbçimiz minaya düşüb, cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcərdə hərbçimiz minaya düşüb, cinayət işi başlanıb

10:09 - 20 / 04 / 2022
Kəlbəcərdə hərbçimiz minaya düşüb, cinayət işi başlanıb

Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcərdə minaya düşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Kəlbəcərin Ağcakənd kəndi istiqamətində baş verib.

Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Ayxan Camalzadə minaya düşərək xəsarət alıb. O, hospitala yerləşdiirlib.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Kəlbəcər rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi cinayət işi başlanıb.

1news.az

Paylaş:
341

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər