Dünyanın ən səs-küylü ölkələri - SİYAHI | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən səs-küylü ölkələri - SİYAHI

16:32 - 27 / 04 / 2022
Dünyanın ən səs-küylü ölkələri - SİYAHI

İspaniya səs-küy çirklənməsinə görə Yaponiyadan sonra ikinci və Avropa İttifaqında isə lider ölkədir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hesabatında bildirilir.

İƏİT-in məlumatlarına əsasən, Avropa əhalisinin 20 faizi, yəni hər beş nəfərdən biri səs-küy səviyyəsinin sağlamlıq üçün zərərli hesab edildiyi ərazilərdə yaşayır.

Səs-küy və ya akustik çirklənmə ətraf mühitdə baş verən və sağlamlığımıza, fəaliyyətimizin inkişafına və ya birbaşa ətraf mühitə mənfi təsir göstərə bilən səslər və ya vibrasiyalardır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səs-küyü 65 desibeldən yuxarı hər hansı bir səs kimi təyin edir və 75-i keçərsə, insan qulağı üçün zərərli, 120 desibelə çatdıqda isə ağrılı sayılır. Xüsusilə, ÜST rahat yuxu üçün gün ərzində 65 dB-dən, gecə isə 30 dB-dən çox olmamağı tövsiyə edir.

Avropa Ətraf Mühit Agentliyi (EEA) səs-küy çirklənməsinin ildə 16 min 600 vaxtından əvvəl ölümə və 72 mindən çox xəstəxanaya yerləşdirilməsinə səbəb olduğunu təxmin edir.

Barselona Qlobal Sağlamlıq İnstitutunun (ISGlobal) araşdırması göstərir ki, təxminən 60 milyon insan avtomobillərdən gələn zərərli səs-küyə məruz qalır.

İspaniyada bu problemlə mübarizəyə yönəlmiş yerli və regional qaydalara əlavə olaraq, on ildən artıqdır ki, Səs-küy haqda Qanunu mövcuddur. Madrid və Barselona administrasiyaları artıq öz vətəndaşlarını nəqliyyatın çirklənməsindən və səs-küydən qorumaq üçün aşağı emissiya zonası (ZBE) təyin ediblər. Valensiya və Valyadolid hakimiyyətləri isə şəhərin müxtəlif ərazilərində akustik mühafizə kimi bitki örtüyündən istifadə etməyə hazırlaşır. Əslində, yaşıl maneələr düzgün layihələnərsə, trafikin səs-küyünü 50 faizə qədər azaldır.

25 aprel Beynəlxalq Səs-küy Günüdür, gəlin onu həyatımızın səsini azaldaraq qeyd edək.

1news.az

Paylaş:
463

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər