Prezident Latviyanın Baş nazirinin müavinini qəbul edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Latviyanın Baş nazirinin müavinini qəbul edib – FOTO – YENİLƏNİB

16:15 - 26 / 04 / 2022
Prezident Latviyanın Baş nazirinin müavinini qəbul edib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edildi. İqtisadiyyat, ticarət, investisiya, nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycan-NATO əlaqələrinə toxunuldu, Prezident İlham Əliyevin ötən il NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri, Baş katib Yens Stoltenberq ilə görüşü və Şimali Atlantika Şurasının iclasında çıxışı xatırlandı, Azərbaycanın NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirakı vurğulandı.

Görüşdə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə də əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi, bu baxımdan ötən il keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığının Sammitinin əhəmiyyəti qeyd edildi.

Qonaq ikinci Ermənistan-Azərbaycan müharibəsində əldə etdiyimiz Qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

12:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
465

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər