Azərbaycanlı şagirdlərin beynəlxalq startap layihələri | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı şagirdlərin beynəlxalq startap layihələri

Qafar Ağayev16:18 - 13 / 05 / 2022
Azərbaycanlı şagirdlərin beynəlxalq startap layihələri

Son illərdə yeni nəslin maraq dairəsinə daxil olan "Metaverse", proqramlaşdırma elmləri, 3D incəsənət və s. kimi sahələr dünya üzrə ən aktual mövzulardandır.

Bu istiqamətdə dünyanın hər yerində artan iş imkanları və istənilən sahədə bu kimi biliklərə sahib kadrlara yaranan ciddi ehtiyac texnologiya elmlərinin önəmini bir daha bizə sübut edir. Uşaqların sadalanan istiqamətlərdə fərdi inkişafını təmin etmək üçün fərqli platformalar yaradılır. Sizi bunların arasında son zamanlar xüsusilə fərqlənən bir platforma - "Let'sMOD" ilə tanış etmək istəyirik.

"Let'sMOD" - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında əsası qoyulan, dünyanın 10-dan çox ölkəsində, xüsusilə, məktəblilərin fəaliyyəti və onların kreativlik, 3D dizayn, riyaziyyat, proqramlaşdırma sahələrində özlərini inkişaf etdirmələri üçün nəzərdə tutulan yeni bir platformadır. Qürurverici haldır ki, hazırda platformanın ən aktiv iştirakçıları məhz azərbaycanlı şagirdlərdir və keçirilən son müsabiqədə bu iştirakçı sayı 7000 şagirdi ötüb.

Şagirdləri sahə üzrə yenilikləri izləməsi, fərqli müsabiqələrə qoşulması, komanda yaratmaq və ya komanda üzvlərinin sayını artırması, beynəlxalq təlimçilərin təşkil etdiyi innovasiya və IT sahəsi üzrə dərslərə qoşulması üçün platformanın nəzdində tam ödənişsiz olaraq "İnnovasiyalar Mərkəzi" yaradılmışdır. Bu mərkəzə qoşularaq şagirdlər, həm də “Let’sMOD” haqqda yeniliklər barədə mütəmadi məlumatlandırılır, sualları və çətinlikləri yarandığı halda komanda üzvləri ilə birbaşa əlaqəyə keçmək fürsətini əldə edirlər. Eyni zamanda, qeyd edilən "İnnovasiyalar Mərkəzinin" startap layihələr üzrə həmtəsisçilərindən 3-ü məhz azərbaycanlı şagirdlərdir! İndi isə onlarla tanış olaq.

Aişə Bayramlı - Tərtər şəhəri 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdidir. O, eyni zamanda “Technological Future” komandasının rəhbəridir. Komandada hazırda 19 şagird fəaliyyət göstərir və bu şagirdlər 5 fərqli ölkənin nümayəndələridir. Komanda öz layihələri üçün 2021-ci ildə 800 dollardan çox investisiya almışdır.

Emin Həziyev – Binə qəsəbəsi 149 saylı orta məktəbin 9-cu sinfində təhsil alan və “Beta World” komandasının rəhbəri olan azərbaycanlı şagird platformanın inkişafı üçün müxtəlif ideyaların müəllifidir. Onlar yaratdıqları startap layihələri ilə 1400 dollardan çox investisiya əldə ediblər.

Əliyoldaş Əmiraslanlı – “Grand Power Innovators” startapının rəhbəridir və hazırda Abşeron rayonu Qobu qəsəbəsinin 2 saylı tam orta məktəbinin 11-ci sinfində təhsil alır. Əliyoldaş hazırda sözü gedən startapın həmtəsisçisidir. 6 fərqli ölkədən şagirdləri özündə birləşdirən bu layihə hazırda 2700 dollardan çox fonda sahibdir və "Let’sMOD" platformasının ən çox üzvə sahib startap layihəsidir.

Mars Academy komandası Azərbaycanın bu platformadakı aktivliyini qoruyub saxlamaq üçün bu sahəyə marağı olan məktəbliləri "Let'sMOD"a qoşulmağa dəvət edir. Əgər siz də:

1. Mövcud komandalara qoşularaq, onların fəaliyyətində iştirak etmək;

2. Fərqli ideyalarınızla öz startapınızı yaradaraq, yeni komandalar formalaşdırmaq;

istəyirsinizsə, linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

Eləcə də mövcud startap layihələrə investisiya etmək üçün ”Mars Academy” komandasına müraciət etməyiniz kifayətdir.

+994 51 777 05 13

[email protected]

Reklam hüququnda

Paylaş:
1368

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər