Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatıblar - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatıblar - YENİLƏNİB

15:01 - Bu gün
Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatıblar - YENİLƏNİB

J2-020 nömrəli Sankt-Peterburq–Bakı reysinin sərnişinlərinin daşınması üçün Bakıdan göndərilən AZAL-a məxsus hava gəmisi paytaxta çatıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yollarından məlumat verilib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:24-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

09:01

Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yollarından məlumat verilib.

Bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.

Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.

Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.

Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.

AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo hava limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir.

Paylaş:
240

Son xəbərlər

Bütün xəbərlər