Türkiyə parlamentinin sədri Azərbaycana gəlib | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə parlamentinin sədri Azərbaycana gəlib

15:42 - 16 / 05 / 2022
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün mayın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.

1news.az APA-ya istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər qarşılayıblar.

1news.az

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər