Putin: “Finlandiya və İsveçin NATO-ya qoşulması Rusiya üçün təhdid yaratmır” | 1news.az | Xəbərlər
Siyasət

Putin: “Finlandiya və İsveçin NATO-ya qoşulması Rusiya üçün təhdid yaratmır”

16:39 - 16 / 05 / 2022
Putin: “Finlandiya və İsveçin NATO-ya qoşulması Rusiya üçün təhdid yaratmır”

NATO-nun genişlənməsi problemdir. Hansı ki, mənim fikrimcə, bu süni olaraq yaradılır.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin sammitində çıxışında bildirib.

Putin, bunun ABŞ-ın xarici siyasət maraqları çərçivəsində edildiyini qeyd edib: “NATO-nun genişlənməsi xarici siyasətdə alət kimi istifadə olunur. Bütün bunlar təhlükəsizlik sahəsində sadə olmayan beynəlxalq vəziyyəti dərinləşdirir. O ki qaldı şimal alyansının yeni üzvlər - Finlandiya və İsveçin hesabına genişlənməsi, məlumat verim ki, Rusiyanın bu dövlətlərlə heç bir problemi yoxdur. Ona görə də bu mənada bu ölkələrin hesabına NATO-nun genişlənməsi Rusiya üçün təhdid yaratmır. Lakin bu ərazilərdə hərbi infrastrukturun genişlənməsi isə sözsüz ki, bizi cavab tədbirləri görməyə çağırır. Bu cavab tədbirlər necə olacaq, bizim üçün yaradılacaq təhdidlərdən çıxış edərək cavab verəcəyik. Problem boş yerə yaradılır. Biz buna müvafiq şəkildə reaksiya verəcəyik”.

1news.az

Paylaş:
267

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər