Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa edib

09:23 - 17 / 05 / 2022
Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa edib

Azərbaycanın Xarkovdakı Fəxri konsulluğu fəaliyyətini bərpa edib.

1news.az-ın xəbərinə görə, bu barədə Fəxri konsulluğun rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd edilib ki, artıq bir neçə gündür ki, Ukraynanın Xarkov şəhərində sakitlikdir, ictimai nəqliyyat marşrutlara çıxır, şəhərə həyat qayıdır.

Nəzərə çatdırılıb ki, Fəxri konsulluğun Yaroslav Mudrova küçəsi, 7 ünvanında yerləşən binasına ziyan dəyib və kommunikasiyanın bərpası tələb olunur.

Bununla əlaqədar bu gündən Fəxri konsulluq yeni ünvanda – Lyudmila Qurçenko küçəsi, 3-D ünvanında yerləşir. Azərbaycan vətəndaşları aşağıdakı telefon nömrələri ilə Fəxri konsulluqla əlaqə saxlaya bilərlər:

+380503035727 - Əfqan Salmanov
+38 0997887071 - Oleq Velikix
+380688557004 - Viktriya Yanul

1news.az

Paylaş:
287

Son xəbərlər

Bütün xəbərlər