“GLOBUS CENTER” biznes mərkəzində baş verən tüstülənmə aradan qaldırılıb - FOTOLAR - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

“GLOBUS CENTER” biznes mərkəzində baş verən tüstülənmə aradan qaldırılıb - FOTOLAR - YENİLƏNİB

Qafar Ağayev13:58 - 22 / 06 / 2022
“GLOBUS CENTER” biznes mərkəzində baş verən tüstülənmə aradan qaldırılıb - FOTOLAR - YENİLƏNİB

Bakıda “GLOBUS CENTER” Biznes mərkəzində baş verən tüstülənmə aradan qaldırılıb.

1news.az-ın əldə etdiyi məlumata görə, ilkin ehtimala görə hadisəyə səbəb binanın şaxtasına yanan maddənin atılması olub.
Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılacaq.

***

Saat 13:28

Bakıda “GLOBUS CENTER” Biznes mərkəzində tüstülənmə qeydə alınıb.

1news.az xəbər verir ki, hazırda hadisə yerində Fövqəlada Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

FHN əməkdaşları tüstülənmənin hansı səbəbdən baş verdiyini araşdırır.

Binada yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər görülür.

FOTO: Nadir İbrahimli

Paylaş:
1429

Son xəbərlər

Bütün xəbərlər