Nizami rayonunda daha bir küçə təmir olunur - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nizami rayonunda daha bir küçə təmir olunur - FOTO

Qafar Ağayev17:50 - Bu gün
Nizami rayonunda daha bir küçə təmir olunur - FOTO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən hissənin uzunluğu 950, eni 12.2 metrdir.

Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası işləri aparılıb. Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam etdirilir.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra olunacaq.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər