İlham Nağıyev: Yeni İT trendlərinin biznesin inkişafına təsirləri | 1news.az | Xəbərlər
Cəmiyyət

İlham Nağıyev: Yeni İT trendlərinin biznesin inkişafına təsirləri

22:00 - 08 / 06 / 2022
İlham Nağıyev: Yeni İT trendlərinin biznesin inkişafına təsirləri

Arxada qoyduğmuz pandemiya dönəmi insanların davranışları və düşüncələri ilə yanaşı qlobal biznes mühitində də ciddi dəyişikləri tətikləyib.

Qlobal bazarda pandemiyanın təsirləri müxtəlif iş yerlərinin rəqəmsallaşmasını və distant iş fəaliyyətinin təşkilini zəruri edib. Digər tərəfdən pandemiyanın səbəb olduğu izolyasiya tədbirləri və sosial distansiya da insanları daha çox virtual məkana yönləndirib və dolayısı ilə texnologiyadan istifadə göstəricilərimizdə ciddi şəkildə artım baş verib.

Bu amillərlə yanaşı qarşıdakı illərdə xüsusilə İT sahəsində yeni trendlərin aktullaşacağı və bu trendlərin biznes mühitinə birbaşa təsir göstərəcəyi gözlənilir. Bazarın tələbatını və inkişaf xüsusiyyətlərini nəzərə alaraq yeni gözləntiləri aşağıdakı 4 istiqamət üzrə quruplaşdırmağın doğru olacağı qənaətindəyəm.

“Blockchain” texnologiyasındakı yüksəliş

İlk olaraq qlobal miqyasda məlumat mübadiləsinin səmərəli şəkildə təşkili məqsədilə “Blockchain” texnologiyasından istifadənin genişlənəcəyini deyə bilərik. Artıq bu texnologiyanın təkcə kriptovalyuta sahəsində yox, həm də müəlliflik hüquqlarının qorunması kimi bir çox sahədə rəqəmsal güvən yaratması nəzərdə tutulur. Bununla yanaşı bir çox şirkət (FedEx, DeBeers) və tibb müəssisələri məhsulların izləniləbilənliyini, tədarük zəncirini müəyyən etmək üçün

“Blockchain” texnologiyasının öz fəaliyyət sahələrinə inteqrasiyasını təmin ediblər. “Blockchain” texnologiyasından geniş istifadə biznes üçün böyük əhəmiyyətə malik “ağıllı müqavilə” sahəsinə də ciddi təsir edəcəyi gözlənilir. Artıq ilkin hesabatlara görə, bu sahədə 2021-2026-cı illərdə 18% artımın müşahidə olunacağı gözlənilir. Ağıllı müqavilə texnologiyası şirkətlər üçün sərfəlilik, vaxta qənaət, təhlükəsizlik, şəffaflıq və dəqiqlik kimi üstünlüklər təklif edir, xərcləri azaltmağa, sürətli və təhlükəsiz əməliyyatları təmin etməyə imkan verir.

“Bulud” sistemlərinin təkmilləşməsi

Yaxın gələcəkdə bir çox şirkətin məlumatların etibarlı şəkildə mühafizəsi və risklərin azaldılması məqsədilə “bulud” texnologiyasından istifadəyə meyllənəcəkləri müşahidə olunur. “Bulud” texnologiyasından istifadə şirkətlərin öz miqyasını genişləndirməsinə, daha çevik fəaliyyəti təşkil etməyə, gəlirləri artırmağa və biznes məqsədlərinə çatmasına kömək edir. “Flexera” şirkəti tərəfindən hazırlanmış 2022-ci il bulud vəziyyəti hesabatında şirkətlərin blud texnologiyasına xərclərinin 30% həcmində, bulud sahəsindəki qlobal gəlirin isə 22% həcmində artacağı qeyd olunur.

Həmçinin data platformalar və biznes istifadəçiləri arasında məlumat mənbələrinin çevik, davamlı inteqrasiyasını təmin edən “Data fabrik” sistemlərinin inkişafı yeni dönəmin trendləri içərisində yer alır. Lazım olan hər yerdə məlumatları əlçatan edən bu sistemlərin məlumatların idarə edilməsini 70%-ə qədər azaldacağı gözlənilir.

Kvant texnologiyasını biznes mühitinə tətbiq olunması

“Bulud” texnologiyasının inkişafı xüsusilə data anlitikaya əsaslanan fəaliyyətləri, böyük həcmdə məlumatların işlənməsini, vaxt sərfiyyatının minimuma endirilməsini, daha sürətli, böyük və dayanıqlı əməliyyat gücünü şərtləndirir.

Kvant kompüterlərin inkişafı və onlara tələbatın hər keçən gün artması yaxın gələcəkdə bu problemi aradan qaldıra bilər. Məlumat emalı və son dərəcə dəqiq əməliyyatlara imkan verən, kvant mexanikasının 2 prinsiplərindən istifadə edən kvant texnologiyası yeni növ kompüterləri, sensorları və kommunikasiyaya yanaşmalarını ehtiva edir. Kvant texnologiyası sahəsində xəbər və məlumatların aparıcı təchizatçısı “Quantum İnsider”-in hesabatına görə, qlobal bazardakı şirkət və müəssisələrin 80%-nin bazar qiymətləndirməsi aparmağa imkan verən resursları kifayət qədər uğurlu deyil. Xüsusilə dövlət və özəl sektorlarda müşahidə olunan inkişaf fonunda bu olduqca ciddi problemlərə şərait yaradır və sahəyə diqqəti daha da artırır. Hazırda mövcud kvant texnologiya bazarının 2025-ci ilə qədər 4 milyard dollara, 2030-cu ilə qədər isə 26 milyard dollara çatacağı gözlənilir.

Hiperavtomatlaşdırma və insan amilinin azaldılması

Biznes mühitinin digitallaşması və bu sahədə məlumat bazalarının genişlənməsi yaxın gələcəkdə atvomatlaşmanın daha da sürətlənməsinə və hiperavtomatlaşdırma səviyyəsinə yüksəlməsinə təkan verəcəyi gözlənilir. Hiperavtomatlaşdırma nəticəsində müasir texnologiyaların 2024-cü ilə qədər menecerlər tərəfindən hazırda görülən işlərin 69%-ni yerinə yetirəcəyi və 2031-ci ilə qədər isə qlobal bazarda 46,4 milyard dollar həcminə çatacağı proqnozlaşdırılır.

Qeyd olunanlar İT sahəsində bizləri gözləyən yeniliklərin çox az bir hissəsidir. Fakt odur ki, bu sahə olduqca sürətli şəkildə inkişaf edir və səmərəli biznes strukturu yaratmaq, qlobal miqyasda artan rəqabətə davam gətirmək böyük ölçüdə bu trendlərin izlənilməsindən və onlardan dügün istifadə olunmasından asılıdır.

Xüsusilə İT sahəsində ciddi investisiya yatırmağı hədəfləyən Azərbaycan üçün də bu trendlərin inkişaf göstəriciləri olduqca önəmlidir. Qeyd olunan istiqamətlərin hamısında olmasada konkret sahələr üzrə ixtisaslaşma Azərbaycanın dünya İT bazarındakı rolunu gücləndirən amil ola bilər.

İlham Nağıyev

Paylaş:
415

Son xəbərlər

Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41
Bütün xəbərlər