Məşqçidən Günel Musəvinin iddialarına cavab: Mənimlə bir gün belə çalışmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məşqçidən Günel Musəvinin iddialarına cavab: Mənimlə bir gün belə çalışmayıb

15:58 - Bu gün
Məşqçidən Günel Musəvinin iddialarına cavab: Mənimlə bir gün belə çalışmayıb

ABŞ-də yaşayan keçmiş aparıcı Günel Musəvi paylaşım edərək iddia edib ki, pəhriz planı almaq məqsədilə 130 dollar ödədiyi məşqçi və arıqlama üzrə məsləhətçi Kamran Rəsulzadə ona “ChatGPT”dən alınmış qrafik və pəhriz planı verib.

1news.az-ın xəbərinə görə, Kamran Rəsulzadə Günel Musəvinin iddialarına cavab olaraq bildirib ki, onun həqiqətən də real komandası var.

“Bizdə analizləri yoxlayan həkim mövcuddur. Proqramların hazırlanması, qidalanma sxemlərinin tərtibi və bütün dəyişikliklər şəxsən mənim tərəfimdən həyata keçirilir.
Hər bir müştəri mənim üçün cədvəldəki rəqəm deyil, konkret problemləri, məqsədləri və arzuları olan insandır. Mən hər kəsin vəziyyətinə dərindən yanaşıram, təkcə proqram deyil, həm də mənəvi dəstək verirəm, problemlərinin həllinə kömək edirəm.
Həyat yoldaşım hər gün mənim işimi müşahidə edir və müştərilərimə nə qədər diqqət, hörmət və qayğı ilə yanaşdığımı təsdiqləyə bilər.

“İkincisi: Bəli, mən müasir texnologiyalardan, o cümlədən süni intellektdən istifadə edirəm” – deyə K.Rəsulzadə əlavə edib:

“AI böyük həcmdə məlumatların sistemləşdirilməsinə, vaxt və qüvvəyə qənaət etməyimə imkan verir və nəticədə mən rutin işlərə deyil, insanlara real kömək etməyə daha çox zaman ayırıram. Bu "fırıldaqçılıq" deyil, tərəqqidir.
Necə ki, həkim müasir cihazlardan, sürücü naviqatordan istifadə edirsə, məşqçi də öz işinin effektivliyini artırmaq üçün texnologiyalardan istifadə edir.

Telegram kanalım mövcuddur və orada açıq şəkildə qeyd olunur:
– Necə arıqlamaq lazımdır,
– Necə əzələ kütləsi yığmaq lazımdır,
– Qidalanma və məşqləri necə qurmaq olar,
– Hansı idman əlavələri həqiqətən işləyir,
– Fitneslə bağlı miflərin və fırıldaqçı sxemlərin ifşası.

Mən insanlara konkret fayda verirəm və fəaliyyətimdə həmişə şəffafam. Hər kəs daxil olub, baxıb, özü nəticə çıxara və mənimlə fərdi şəkildə işləmək istəyib-istəmədiyinə qərar verə bilər”.

O, bildirib ki, Günel xanım onunla bir gün belə çalışmayıb.

“Onun ittihamları əsassızdır, şəxsi təxəyyülün məhsuludur və reallığı əks etdirmir. Bu onun şəxsi fikridir, lakin həqiqət deyil”.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər