Qorxur ki, arıqlasa unudulacaq - 146 kiloqramdır
Kanadanın Toronto şəhərindən olan kök bloqer Olivia Messina qorxur ki, arıqlasa onun populyarlığı itər.
1news.az bildirir ki, bu barədə Mirror yazır.
Məlumata görə, hazırda 27 yaşlı Olivianın çəkisi 146 kiloqramdır və 22 ölçülü paltar geyinir (beynəlxalq sistemdə 5XL etiketinə uyğundur). Qız etiraf edir ki, 1,3 milyon abunəçi olan izləyicilərinin marağını itirməkdən qorxur. Bu səbəbdən o, sağlamlıq risklərinin yüksək olmasına baxmayaraq, arıqlamaqdan imtina edib.
Messina böyük ölçüsünü şəxsi brendinin bir hissəsi hesab edir. Bununla belə, tez-tez onlayn hücumlara məruz qalır. Belə ki, istifadəçilər onun xarici görünüşünü tənqid edir və piylənməni təbliğ etməkdə ittiham edirlər. Buna cavab olaraq o, dar kombinezonlarda, dekolteli gödəkçələrdə və çimərlik paltarlarında foto və videolar dərc etməyə davam edir.
1news.az