“AzərEnerji” dənizdə böyük estakada tikir - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AzərEnerji” dənizdə böyük estakada tikir - VİDEO

Qafar Ağayev12:14 - 15 / 08 / 2022
“AzərEnerji” dənizdə böyük estakada tikir - VİDEO

Xəzər dənizində son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Bakının 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasının işini ciddi təhlükə ilə üzləşdirib.

Bu barədə 1news.az-a "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məhz buna görə də, “Şimal” Elektrik Stansiyasını yaxın perspektivdə dayanmaq təhlükəsindən çıxarmaq, stansiyanı xilas etmək üçün təxirəsalınmaz şəkildə Xəzər dənizinin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisinə başlanılıb. Nəzərə alınsa ki, su səviyyəsinin günü-gündən aşağı düşməsi stansiyanın soyutma suyunun götürülməsində ciddi problem yaradırdı, o zaman yaxın illərdə ən böyük həcmdə enerji istehsal edən və ümumi gücü 800 meqavat olan “Şimal-1” və “Şimal-2” Elektrik Stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz olacaqdı. Yeni estakada və su nasos stansiyalarının tikilməsi isə nəinki stansiyaları xilas edəcək, üstəlik daha dərinlikdən götürüldüyünə görə soyutma suyu 2,6 dərəcə aşağı tempraturda olacaq. Yeni estakada üzərində hər iki tərəfdən ümumilikdə 4 boru çəkiləcək və 2 nasos stansiyasında 8 nasos fəaliyyət göstərəcək.

Yeni estakadanın tikinti prosesi növbəli iş prinsipi əsasında aparılır. Qeyd edək ki, Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su nasos srtansiyasının tikilməsi “Şimal” Elektrik Stansiyasından əvvəl “Sumqayıt” Elektrik Stansiyasında uğurla həyata keçirilib, öz müsbət nəticəsini verib.

Sonda onu da qeyd edək ki, “Şimal” Elektrik Stansiyasının yeni suqəbuledici kompleksinin tikintisini də xarici şirkətlər deyil, yerli şirkət həyata keçirir və hazırda işlər tərtib edilmiş qrafiki bir ay qabaqlayır. Bununla da nəhəng layihənin 2023-cü ilin ilk yarısında başa çatması nəzərdə tutulur.

Paylaş:
504

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52
Bütün xəbərlər