Bakı Limanı vasitəsilə daşınan quru yükün həcmində 15,7 % artım var | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Limanı vasitəsilə daşınan quru yükün həcmində 15,7 % artım var

Qafar Ağayev16:52 - 16 / 08 / 2022
Bakı Limanı vasitəsilə daşınan quru yükün həcmində 15,7 % artım var

Bakı Limanının texniki imkanları, müasir logistik həllərin tətbiqi ilə yükaşırmada operativliyin təmini, yük sahibləri üçün yaradılan rahat şərait və bunun kimi bir çox amillərə əsasən limana cəlb edilən yükün həcmi intensiv şəkildə artır.

1news.az xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"QSC-dən məlumat verilib.

Bildirib ki, Bakı Limanı vasitəsilə daşınan ümumi yük həcminin artımı ilə yanaşı, ayrı-ayrı yük növləri üzrə də artım qeydə alınır. Əgər ötən ilin ilk yarısında Bakı Limanı vasitəsilə 576 min tondan çox quru yük daşınmışdısa, bu ilin ilk yarısında bu göstərici 666 min tondan çox olub ki, bu da 15,7 % lik artım deməkdir. Belə ki, bu ilin sonuna kimi də artımın davamlı olacağı proqnozlaşdırılır.

Quru yükün daşınmasına dair illər üzrə statistik göstəricilərdə də müsbət dinamika müşahidə edilir. Belə ki, Bakı Limanı vasitəsilə 2018-ci ildə 28,436 , 2019-cu ildə 133,953 , 2020-ci ildə 253.853, 2021-ci ildə isə 347.450 tondan çox quru yük daşınıb ki, 2018 və 2021-ci illər üzrə statistik göstəriciləri müqayisə etdikdə artımın 12 dəfədən çox olduğunu görmək olur.

Qeyd edək ki, Bakı Limanı vasitəsilə daşınan quru yükün əsas hissəsini Mərkəzi Asiya ölkələrindən Gürcüstan, Türkiyə və bir sıra Avropa ölkələrinə göndərilən gübrə məhsulları təşkil edir. Eyni zamanda, hazırda Bakı Limanında illik yükaşırma gücü 2,5 milyon ton Gübrə terminalının da tikintisi həyata keçirilir ki, bu terminalın da fəaliyyətə başlaması ilə ölkəmizdən tranzit keçməklə daşınan gübrə məhsullarının həcmində əhəmiyyətli dərəcədə artımın olacağı proqnozlaşdırılır.

Paylaş:
661

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər