Azərbaycan neftinin qiyməti 126 dolları ötdü | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötdü

Qafar Ağayev10:20 - Bu gün
Azərbaycan neftinin qiyməti 126 dolları ötdü

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 126,59 dollara yüksəlib.

1news.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 4,64 dollar və ya 3,81% artaraq 126,59 dollar təşkil edib.

Qeyd edək ki, bundan əvvəl “Azeri Light” markalı neftin bir bareli 121,95 dollara satılıb.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub. Beləliklə, hazırkı qiymət büdcədə proqnozlaşdırılan göstəricidən 61,59 dollar çoxdur.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər